Az | En | Ru |

  • Nəsimi r-nu, Şamil Əzizbəyov 140, Avenue Plaza
  • +99450 282 2840

Məhsullarımız

Ana Səhifə Polad emalı Dəqiq mexanika zavodu

Dəqiq mexanika zavodu

Dəqiq Mexanika zavodu 2012-ci ildən Sumqayıt Texnologiyalar Parkının tərkibində fəaliyyət göstərən, bütünlüklə CNC texnologiyaları əsasında mürəkkəb konstruksiyalı maşın-mexanizm elementlərinin istehsalı məqsədi ilə yaradılmış yeni tipli bir müəssisədir.

 

Zavodda aşağıdakı bölmələr və sahələr mövcuddur:

 

1. Layihə-konstruktor və texnoloji bölmə

2. Alət və tərtibat təminatı xidməti

3. Texniki ölçmə və nəzarət xidməti

4. Mexaniki emal sahələri:

- frezləmə

- tornalama

- xüsusi təyinatlı dişli çarxların emalı

5. Elektro-erozion emal sahəsi

6. Yığım sahəsi

Layihə konstruktor və texnoloji bölmə

Bölmə tamamilə maşınqayırma üzrə ən çətin problemləri həll edə biləcək sertifikatlı mütəxəssislərdən ibarətdir. Mütəxəssislər Böyük Britaniya, Almaniya,Türkiyə,Yaponiya kimi sənaye ölkələrində CNC texnologiyalarının incəlikərini öyrəniblər.

 

Proektlərin hazırlanması ən son versiyalı CAD sistemləri vasitəsi ilə 3D parametrik modelləşdirmə vasitəsi ilə həyata keçirilir. Mexanizmin modelinin funksional imitasiyası zamanı kritik nöqtələrin analizi funksiyası ilə konstruksiyanın zəif nöqtələri təsbit edilir və düzəldilir. Daha sonra emal texnologiyasının hazırlanması zamanı CAM proqramlar vasitəsi ilə simulyasiyada ən optimal və keyfiyyətli emal metodu seçilir.

 

Sənaye, tikinti, nəqliyyat, kənd təsərrüfatı və maşın-mexanizmlərin, cihaz və qurğuların istifadəsini nəzərdə tutan digər sahələrdə geniş istifadə olunur.

 

Zavodda tətbiq olunan avadanlıq, alət və materiallar:

 

+++

A) 3-5 oxlu CNC torna və frez dəzgahları, horizontal və vertikal emal mərkəzləri, CNC elektro-erroziya dəzgahları, pardaqlama dəzgahları

B) 3D skanerlər (kiçik, orta və böyük ölçüdə CMM)

C) Kəsici alətləri

Zavodun əsas məhsulları geniş çeşiddə texnoloji ləvarimat və tərtibat, dişli ötürmənin bütün mövcud növlərinə aid detal və yığımlar, böyük ölçülü val tipli və prizmatik detallardır. Bu sırada,

 

1. Plastik kütlə, rezin, şüşə və müxtəlif əlvan metallardan məmulatlar üçün:

- tökmə qəlibləri

- presqəliblər

2. Ştamplar:

- kəsmə, əymə, formavermə

3. Gövdə detalları (müxtəlif qabarit ölçülərdə)

4. Pilləli, şlisli, dişli vallar (müxtəlif qabarit ölçülərdə)

5. Slindrik, konik, sonsuz vint, Novikov tipli, hipoid və s. dişli çarxlar

6. İnstrumental məmulatlar

About Img
About Img
About Img
About Img
About Img
About Img
About Img
About Img