Az | En | Ru |

  • Nəsimi r-nu, Şamil Əzizbəyov 140, Avenue Plaza
  • +99450 282 2840

Məhsullarımız

Ana Səhifə Polad emalı Presləmə zavodu

Presləmə zavodu

Sumqayıt Texnoloqiyalar Parkında yerləşən və sahəsi 11160m2 olan Press zavodunun təməli 26 may 2010-cu ildə qoyulmuş, 2011-ci ilin avqust ayında istismara verilmişdir. Press zavodu qabaqcıl ölkələrin tanınmış şirkətlərinin istehsalı olan müasir tələblərə uyğun yüksək texnologiyalı xəttlər və universal presləmə avadanlıqları ilə təchiz olunmuşdur.

 

Press zavodunda müxtəlif markalı hidravlik pres xəttləri yüksək gərginlikli elektrik dayaqlarının hissələrini layihəyə uyğun olaraq dəqiqliklə emal edə bilir. Emal edilən 45x45x4 mm və maksimum 250x250x16 mm olan künclüklərin üzərinə diametri maksimum 40mm-ə qədər olan dəliklərin açılması mümkündür. Press zavodunda quraşdırılan dəzgahda müxtəlif ölçülü profillərin, şvellerlərin, ikitavrların və boruların cizgiyə uyğun deşilməsi və kəsilməsi təmin edilir.

 

Respublikamızda analoqu olmayan hidravlik presinin köməyi ilə avtomobilqayirma sahəsində avtomobillərin müxtəlif ölçülü şassilərini və detallarını emal etmək mümkündür. Bu avadanlığın unikallığı avtonom işləməklə yanaşı həm də qoşa, yəni tandemdə işləyə bilməsidir. Bu da öz növbəsində daha qabaritli avtomobil detallarının emalına imkan yaradır.

Ardıcıl quraşdırılmış pres avadanlıqları bizə zavodda istehsalat xətti yaratmağa imkan verir. Müxtəlif növlərdə və konfiqurasiyalarda detallar hazırlamaqla yanaşı pres avadanlığı insanların ehtiyaclarını ödəmək üçün başqa məhsullar da istehsal etməyə qadirdir.

Ardıcıl quraşdırılmış müxtəlif tipli press avadanlıqları həm də texnoloji xətt kimi istifadə oluna bilər. Bu zavoddakı preslər müxtəlif

konfiqurasiyalı detalların istehsalı ilə yanaşı müasir xalq istehlakı malları da istehsal edə bilər. Avadanlığa aid olan müxtəlif ölçülü ştampların mövcudluğu buraxılan hazır məhsulların geniş çeşidliyinə tam şərait yaradır. Bu avadanlıqlarda müxtəlif linzalı kompensatorlar, sistern qapaqları, mikserin su çəninin qapaqları və s. istehsal olunur.

Sumqayıt Texnoloqiyalar Parkının Press zavodunda tədbiq edilmiş müasir avadanlıqların mövcudluğu ölkəmizin müxtəlif sahələri üçün zəruri olan, eləcə də maşınqayırma sahəsində soyuq ştamplama prosesinə aid olan hər növ məhsulun yüksək keyfiyyətlə və standartlara uyğun istehsal edilməsinə imkan yaradır. Press zavodunun potensialı Azərbaycanın daxili bazarını təchiz etməklə bərabər ixracatını da təmin etməyə qadirdir.

Həmçinin sexdə quraşdırılmış hidravlik pres avadanlıqlarında müxtəlif ölçüdə maksimum diametri 5000 mm, minimum isə 1800 mm olan çənlərin dib hissələri hazırlanır. Emal olunan metal lövhənin maksimum qalınlığı 31 mm-dir. Press zavodunda yuxarıda göstərilən sahələrlə yanaşı energetika sənayesi üçün müxtəlif metal konstruksiyaların və yarımfabrikatların istehsalına da başlanmışdır. Zavodda tətbiq olunan texnologiyalar əsasında müxtəlif transformator yarımstansiyası dəsti KTPN-lər, kabel kanalları üçün dayaqlar, müxtəlif ölçülü xamutlar və s. istehsal olunur.

About Img
About Img
About Img
About Img
About Img
About Img
About Img
About Img