Az | En | Ru |

  • Nəsimi r-nu, Şamil Əzizbəyov 140, Avenue Plaza
  • +99450 282 2840

Məhsullarımız

Ana Səhifə Polad emalı Ağır maşınqayırma zavodu

Ağır Maşınqayırma zavodu

Sumqayıt Texnologiyalar Parkının tərkibində fəaliyyət göstərən Ağır Maşınqayırma zavodu ölkənin maşınqayırma sənayesinin dirçəldilməsi, daxili bazara meylin artırılması məqsədilə tikilmiş və 2011-ci ildən istifadəyə verilmişdir. Zavodda ən müasir avadanlıqlar və mexanizmlər quraşdırılmışdır.

Ağır Maşınqayırma zavodunin illik istehsal gücü 120 000 tondur.

About Img
About Img

Avadanlıqların xarakteristikası

  • Müasir CNC əymə dəzgahlarında xüsusi tərtibatlardan istifadə etmədən, uzunluğu 12 metrə, qalınlığı 20 mm-ə qədər olan polad vərəqələrin müxtəlif bucaqlar altında əyilməsi mümkündür.
  •  
  • Müasir CNC bükmə dəzgahlarında polad vərəqələr olmaqla uzunluğu 6000 mm, qalınlığı 22 mm, diametri 5000 mm-ə qədər olan boruları, uzunluğu 3000 mm, qalınlığı 20 mm-ə qədər olan boru və konus hissələri, uzunluğu 4000 mm, qalınlığı 80 mm, diametri 800 mm – dən böyük olan boruları, uzunluğu 4000 mm, qalınlığı 120 mm, diametri 2000 mm-dən böyük olan boruları bükmək mümkündür.
  • Neft və qaz sənayesində istifadə olunan, maksimum diametri 533 mm, uzunluğu 12000 mm olan boruların emalı üçün nəzərdə tutulan yarım avtomat (NC) boru kəsən və yiv açan torna dəzgahları.
  • Diametri 65 mm olan dəqiq detalların həm torna, həm də frez işləri ilə eyni dəzgahda bir quraşdırma üsulu ilə hazırlanması üçün – maili gövdəli hər biri 8 elementli olmaqla 2 rezolver tipli alət başlıqlı 2 şpindelli çoxfunksiyalı tam avtomat (CNC) torna frez dəzgahları.
  • Tam avtomatomarlaşdırılmış (CNC), şaquli, 3 oxlu emal mərkəzləri.
  • Maksimum diametri 1600 mm olan mürəkkəb silindr və gövdə detalların emalı üçün nəzərdə tutulmuş tam avtomat (CNC) 32 elementli alət başlıqlı şaquli torna dəzgahı.
  • Tam avtomatomarlaşdırılmış (CNC) çox funksiyalı şaquli torna dəzgahı.
  • Diametri 400 mm, uzunluğu 3000 mm olan detalların cilalanması üçün yarım avtomat (NC) dairəvi cilalayıcı dəzgah.
  • Maksimum ölçüləri 800x3000 mm olan detalların səthlərinin cilalanması üçün yarım avtomat (NC) üfüqi cilalayıcı dəzgah.
  • Diametri 300 mm uzunluğu 1000 mm olan detalların daxili səthlərinin cilalanması (NC) daxili cilalayıcı dəzgah.
  • Qalınlığı 10 ÷ 60 mm, eni 2500 mm olan polad vərəqələrin düzəldilməsi üçün rixtovka dəzgahı.

About Img

Ağır Maşınqayırma zavodunda hal-hazırda aşağıda göstərilən çeşiddə məhsul istehsal olunur:

  • Qalınlığı 3 mm -100 mm qədər polad vərəqələrdən, ᴓ 250 mm - ᴓ 4000 mm -ə qədər polad borular.
  • 6; 6,8; 7,3; 9; 10,2 metr hündürlükdə işıq dirəkləri.
  • Tikilməkdə olan istilik və su elektrik stansiyaları üçün müxtəlif ölçülərdə metal konstruksiyalar, su sipərləri, onların qoyma detalları, su qəbuledicilər, basqılı borular, həcmi 100 kub metrdən 20000 kub metrə kimi çənlər, 9,5 və 10,5 metrlik dəmir beton dirəklər üçün polad qəliblər və 110-330 kV-luq yüksək gərginlik xətlərində elektrik dayaqları üçün birləşdirici elementlər.

About Img
About Img