Az | En | Ru |

  • Nəsimi r-nu, Şamil Əzizbəyov 140, Avenue Plaza
  • +99450 282 2840

Məhsullarımız

Ana Səhifə Polimer Məhsullar Polikarbonat lövhələr

PƏTƏKVARİ POLİKARBONAT LÖVHLƏR

Pətəkvari polikarbonat lövhlər - məsaməli quruluşa malik, təbəqəli polimer materialdır. Bu material iki qatdan ibarətdir və bu qatlar öz aralarında möhkəmlik telləri adlanan daxili arakəsmələrlə birləşmişlər. PMZ-də polikarbonatın bütün istehsal prosesi İtaliya istehsalı olan müasir texnoloji avadanlığın köməyi ilə həyata keçirilir. Zavodda, polikarbonat məmulatlarının istehsalında, dünyada lider olan Ваyer və Sabic kimi xammal istehsalçıların məhsullarından istifadə edilir.

Polikarbonatın texniki parametrləri

Xassələr Тəbəqələrin qalınlığı,mm
4 6 8 10 16 20
Çəkisi, кq/m2 0,9 1,3 1,5 1,7 2,7 3,1
Мinimal əyilmə radiusu, m 0,7 0,7 0,7 0,7 0,7 0,7
Səs izolyasiyası, dB 16 18 19 20 21 23
İstilikötürmədə termiki müqavimət R, m2 °C/Vt * 0,24 0,27 0,28 0,29 0,36 0,37
İstilikötürmə əmsalı, Vt/m2х°К * 4,1 3,7 3,6 3,1 2,0 1,8
İşıqburaxma (rəngsiz və şəffaf təbəqələr üçün) 84 82 82 80 76 79
Zərbə enerjisinin udulması, Nm 21,3 27 > 27 > 27 > 27 > 27
Təbəqənin standart uzunluğu,m 6 6 6 6 6 6
Təbəqənin eni, m 2,1 2,1 2,1 2,1 2,1 2,1

Pətəkvari polikarbonatın tətbiqi sahələri:

Tikintidə:

  • İşıqkeçirici dam örtükləri
  • Damlar, divarlar və vitrinlərin şüşəbəndlənməsi
  • Tağ örtükləri, çardaqlar
  • İşıq (zenit) fənərləri
  • Yanacaqdoldurma məntəqələri, avtodayanacaqlar, avtovağzallar, avtobus dayanacaqları
  • Hovuzlar, idman qurğuları
  • Hasarlamalar, səskeçirməyən daxili arakəsmələr
  • Daxili qapılar və balkonların şüşələnməsi

Kənd təsərrüfatında:

  • İstixanalar
  • Parniklər
  • Qış bağları

Reklam və dizayn işlərində:

  • Sərgi stendləri
  • Pavilyonlar
  • Vitrinlər
  • Xarici işıq reklamları

PMZ 4 mm – 20 mm qalınlıqda yüksək keyfiyyətli polikarbonat lövhələr təklif edir. Qalınlıqlarından asılı olaraq pətəkvari polikarbonat lövhələrin tətbiqi sahələri aşağıdakılardır:

  • 4 mm – qış bağları, istixanalar , asma tavanlar və reklam konstruksiyaları (sərgi stendləri və vitrinlər)
  • 6 mm – geniş tətbiq sahəsinə malikdir (günlük, istixanalar, vitrajlar)
  • 8 mm – geniş tətbiq sahəsinə malikdir (arakəsmələr, günlüklər, istixanalar, damlar)
  • 10 mm – şaquli və qismən üfüqi səthlərin başdan-başa şüşələnməsi üçün (zenit fənərləri, avtomagistrallar üçün səs keçirməyən çəpərlər)
  • 16 mm – böyük aşırımlı tavanlar üçün (binalar, qurğular)
  • 20mm – stadionların, idman qurğularının, hovuzların, piyada keçidlərinin, avtodayanacaq örtüklərinin, çardaq pəncərələri və balkonların şüşəbəndlənməsi

Pətəkvari polikarbonat lövhələrin özünəməxsus xüsusiyyətləri:

  • Pətək polikarbonat lövhələrin yüngüllüyü yaxşı və orijinal konstruksiyalar hazırlamağa imkan verir, işıqlandırma sahəsinin həcmini artırır, qaldırıcı mexanizmlərin köməyi olmadan quraşdırılması həyata keçirilir.
  • Inşa olunan obyektin maya dəyərinin azaldılması, məsaməli polikarbonatın tətbiqi inşa obyektinin ümumi maya dəyərini azaldır, həmçinin, qatların yüngül çəkisi tir tikililərin həcminin azaldılmasına imkan verir.
  • Asan emal – qatları sadə kəsici alətlərlə asanlıqla kəsərək istənilən formaya salmaq olar.
  • Asan və sürətli quraşdırma – pətək polikarbonatın quraşdırılması üçün lövhələrin rəngi və mexaniki xüsusiyyətləri ilə uyğunlaşan xüsusi polikarbonat profillərdən istifadə olunur.
  • Xarici təsirlərə müqavimətlilik – pətək polikarbonat lövhələr öz xassələrini uzun müddət saxlayır.
  • Kimyəvi maddələrə müqavimətlilik – pətək polikarbonat lövhələr bir çox kimyəvi maddələrin və birləşmələrin təsirinə davamlıdır.
  • Asan təmizləmə – pətək polikarbonat lövhələr adi su və pambıq parçanın köməyi ilə asanlıqla təmizlənir (bəzi hallarda təmizləyici vasitələrin istifadəsinə icazə verilir, buna baxmayaraq polikarbonatı ammoniumlu vasitələrlə təmizləmək məsləhət görülmür, onlar polikarbonatı zədələyir.
  • Polikarbonat lövhələrin tikinti sənayesində istifadəsini vacibləşdirən xassələrindən biri onun istənilən iqlim şəraitində əlverişli olmasıdır, məsələn, –50°C - + 120°C temperatur aralığında materialın xassələri dəyişmir, yüksək temperatur dəyişmələrinə müqavimətliliyi ilə fərqlənir. İstixanalar üçün istifadə edilən pətək polikarbonat lövhələr əlavə qoruyucu tədbirlər alınmadan şiddətli qış donmalarına dözür.

Polikarbonatın başqa materiallardan üstünlükləri:

  • Yüksək təsir müqavimətliliyi. Polikarbonat lövhələr şüşədən 200 dəfə, akril tərkibli plastiklərdən isə 8 dəfə artıq dözümlüdür. Bu material elə davamlıdır ki, daş və ya çəkic zərbələrini kiçicik zərər olmadan tab gətirir. Bu materialla örtülmüş istixanalar tufan vaxtı zavodların mühafizəsini təmin edir.
  • Yüngül çəki. Pətək polikarbonat eyni qalınlıqlı şüşədən 16 dəfə, akril tərkibli plastiklərdən isə 3 dəfə yüngüldür.
  • Yüksək istilik izolyasiyası. İstilik keçiriciliyi aşağıdır,  adi, bir qat şüşədən fərqli olaraq istilik keçiriciliyə dözümlülüyü yüksəkdir, buna görə də qızdırma və ya soyutma zamanı enerji sərfiyyatını təxminən 30-50% azaldır.
  • Yüksək işıq ötürücülüyü. Şəffaflıq 86%-ə qədərdir. Bu, maksimum işıq ötürülməsi üçün ideal materialdır. İşıq ikiqat lövhələrdən keçərək səpələnir və kölgə yaratmır.
  • Əla səs izolyasiyası. Bu dəyər pətək polikarbonat lövhələrin qalınlığından asılıdır, bu material üçün orta səs ötürülməsi 16-26 dB arasındadır.
  • Uzunömürlülük.  pətək polikarbonat zəmanət müddəti ərzində (zəmanət müddəti 10-12 ildir) və daha uzun müddətdə öz fiziki-mexaniki və temperatur xüsusiyyətlərini dəyişmir.
  • Təhlükəsiz şüşələmə. Polikarbonatın əsası polimer olduğundan, polikarbonatdan hazırlanan lövhələr qırılmır, çatlamır və ya hər hansı təsirlər nəticəsində kəskin parçalanma yaratmır.
  • UV radiasiyasından müdafiə. Lövhələrin üzərindəki xüsusi qoruyucu qat ultrabənövşəyi radiyasiyanın içəri daxil omasının qarşısını alır.


About Img
About Img
About Img
About Img