Az | En | Ru |

  • Nəsimi r-nu, Şamil Əzizbəyov 140, Avenue Plaza
  • +99450 282 2840

Məhsullarımız

Ana Səhifə Məhsullarımız Sendviç Panellər

Sendviç Panellər

Zavodda aşağıda adları çəkilən məhsul və yarımməhsullar istehsal olunur:
  • Sendviç panel dam örtüyü
  • Sendviç panel divar örtüyü
  • Setka panel
  • Setka (yarımfabrikat)
  • Penoplast (yarımfabrikat)
  • Aksessuarlar
Sendviç panellərin yüngül, ən yüksək keyfiyyətli, əla istilik izolyasiyası, asan montaj və sökmə, uzunömürlülük, suya yüksək müqaviməti, yanğına müqaviməti, səs izolyasiyası və korroziyaya davamlılıq kimi xüsusiyyətləri onları bütün iqlim zonalarında xarici və arakəsmə divarlar, həmçinin dam tikintisi üçün zəruri inşaat materialı edir. Sendviç panel iki üzdən dəmir lövhə ilə örtülü, aralıq isidici materialdan ibarət konstruksiyadır.
Sendviç panellərin istehsalı 3 mərhələyə bölünür: 1-ci mərhələdə aralıq məhsulu olan penoplast hazırlanır. Hazır penoplast istehsal olunacaq panelin parametrlərinə uyğun ölçüyə gətirilir. 2-ci mərhələdə fasiləsiz Sendviç panel xəttində panelin alt və üst polad lövhələrin profilinin və kilidlənmənin formalaşdırılması, penoplastın ardıcıl dəzgaha yüklənməsi, kleylənmə dəzgahında kleyin dəmir lövhələrin üzərinə yayılması, preslənmə dəzgahında bu qatların preslənməsi prosesi aparılır. Preslənmiş panel kəsmə dəzgahında lazımı ölçülərdə kəsilir. Hazır panellər qablaşdırma dəzgahına ötürülür. 3-cü mərhələdə kəsilmiş panellər qablaşdırma dəzgahında tipinə və qalınlıqlarına uyğun nəzərdə tutulmuş sayda paketlənir və hazır paketlər daşınma üçün anbarlara yığılır.
Sendviç panelləri zavodunda istehsal olunan divar və dam panellərin alt və üst örtüklərin uzununa konturu trapesvaridir. Sendviç panellərin istehsalında 0.5-0.6 mm qalınlıqlı və eni 1000-1250 mm-lik polimer örtükülü dəmir lövhələrdən istifadə edilir. Bu lövhələr sink, antikorroziya, astar, polimer və qoruyucu laklanmış qatlardan ibarət olub yüksək keyfiyyətli və uzunömürlüdür. Sendviç panelin rəngi sifarişçinin arzusundan asılı olaraq “RAL” kataloqundan götürülür. Sendviç panelin konstruksiyasında istilik izolyasiyası kimi özünü söndürən polistroldan istifadə olunur. Penoplastın çəkisi 17 Kq/m3 olur. Panellər quraşdırılma üçün lazımı dəst ilə tam təmin olunur. Bunlar su buraxma sistemləri, formalı hissələr və digər əlavə elementlərdir ki, binaya memarlıq və orijinallıq verir. Bu elementlər istifadə olunduqları yerlərə və formalarına görə müxtəlif cür olurlar.
Sendviç panellərin növləri və onların texniki göstəriciləri:
Sendviç panel Qalınlığı, H mm Uzunluğu, L mm Eni, B mm
roof 50; 75; 100; 125; 150; 200 2400÷14000 1080; 1000 (montaj)
wall coverings 50; 75; 100; 125; 150; 200 2400÷14000 1000; 1220
Sendviç panellərin texniki parametrləri
# Göstəricilər Norma
1 Sıxlıq, kq/m³, çox olmamalıdır 16-20
2 İstilik keçirmə əmsalı, W/m•K 0,028
3 24 saat ərzində havanın nisbi rütubəti 96% olduqda su hopma qabiliyyəti, həcm üzrə %, çox olmamalı 0,1
4 24 saat ərzində su ilə doyması, həcm üzrə %, çox olmamalı 1
5 Möhkəmlik, kq • qüvvə / sm2, az olmamalı  
Dartılmada 3
Təzyiqdə 2,5
Sürüşmədə -
6 Elastiklik modulu, kq • qüvvə / sm2, az olmamalı 100
7 Sürüşmə modulu, kq • qüvvə /sm2, az olmamalı 45
8 Metal vərəqələrdə isidicinin ilişmə möhkəmliyi, kq•qüvvə/sm2, az olmamalı:  
Səlis ayrılma zamanı 3
Sürüşmə zamanı 2,5
1 m2 dam örtüyü sendviç panelin qalınlıqlarına görə çəkilər
Qalınlığı, H mm Dəmir listin qalınlığı, mm Polad listin çəkisi, Kg / m2 Penoplastın sıxlığı, Kg / m3 Sendviç panelin çəkisi, Kg / m2
50 0.5 8.8 0.85 9.65
60 0.5 8.8 1.02 9.82
75 0.5 8.8 1.275 10.075
80 0.5 8.8 1.36 10.16
100 0.5 8.8 1.7 10.5
125 0.5 8.8 2.125 10.925
150 0.5 8.8 2.55 11.35
200 0.5 8.8 3.4 12.2
Panellər tam dəst fasonlu və bərkidici detallarla, və ya bashqa əlavə hissələrlə də komplektləşdirilə bilər.

About Img
About Img
About Img
About Img
About Img
About Img
About Img
About Img
About Img