Az | En | Ru |

  • Nəsimi r-nu, Şamil Əzizbəyov 140, Avenue Plaza
  • +99450 282 2840

Məhsullarımız

Ana Səhifə Kabellər Keyfiyyətə nəzarət

Təsdiqlənmiş sınaq laboratoriyası

Kabel zavodunu XXI əsrin zavodu adlandırmaq olar və o, steril təmizliyi ilə seçilir. Bizim istehsal xəttləri və proseslərimiz müvafiq audit və keyfiyyət yoxlamalarından keçmiş və ISO 9001:2008 , OHSAS 18000:2007 sertifikatları ilə təltif edilmişdir.

2012-ci ilin dekabr ayında kabel zavodu "Intercabel" Beynəlxalq Assosiasiyasına qəbul edilmişdir. Hal-hazırda, biz ГОСТ və Avropa VDE,IEC beynəlxalq və TS Türk standartlarının tələblərinə cavab verən məhsullar istehsal etmək qabilliyyətinə malikik.

Məhsullar Azərbaycan Respublikasında sertifikatlaşdırılmışdır və hal-hazırda Avropa standartlarına uyğunluq sertifikatlarının əldə edilməsi prosesi davam edir. Biz, həmçinin, Rusiya Federasiyasının VNIIKP institutu ilə Rusiya tələblərinə uyğun məhsulların yoxlanışı və sertifikatlaşdırılması sahəsində sıx əməkdaşlıq edirik.

Konstruksiya və konstruksiya ölçülərinin yoxlanılması

  • Xarici görünüşün yoxlanılması
  • Konstruksiya və konstruksiya ölçülərinin yoxlanılması
  • Eletrikkeçirici təbəqələr üzərində çıxıntıların ölçüləri və izolyasiyada boşluqların və kənar qoşulmaların yoxlanılması
  • Etiketləmə və qablaşdırılmanın yoxlanılması
  • Keçiricinin sabit cərəyan üzrə elektrik müqavimətinin müəyyənləşdirilməsi
  • Gərginlik testi
  • Qismən boşalma həddinin ölçülməsi
  • İstilik deformasiyasına qarşı kabelin izolyasiya müqavimətinin yoxlanılması
  • Dielektrik itkisinin tangens dəyərinin müəyyənləşdirilməsi
  • Naqilin sarğıya dayanıqlılığının yoxlanılması

Alçaq gərginlikli kabellərin yoxlanış laboratoriyası

  • Səthin yoxlanılması
  • Konstruksiya və konstruksiya ölçülərinin yoxlanılması
  • Eletrikkeçirici təbəqələr üzərində çıxıntıların ölçüləri və izolyasiyada boşluqların və xarici qoşulmaların yoxlanılması
  • Etiketləmə və qablaşdırılmanın yoxlanılması
  • Keçiricinin sabit cərəyan üzrə elektrik müqavimətinin müəyyənləşdirilməsi
  • İzolyasiyanın elektrik müqavimətinin müəyyən edilməsi
  • Gərginlik testi
  • Suya batırılma və saxlanma ilə gərginlik testi

İlkin alüminium və alüminium çubuqlar

  • Səthin yoxlanılması
  • Kimyəvi tərkibinin və ilkin alüminiumun növünün müəyyənləşdirilməsi
  • Alüminium çubuğun kimyəvi tərkibi və növünün müəyyənləşdirilməsi
  • Sabit cərəyanda xüsusi elektrik müqavimətinin müəyyənləşdirilməsi
  • Qırılmaya və nisbi uzanmaya olan müqavimətinin müəyyən edilməsi
  • Diametrin ölçülməsi və çubuğun ovallığının müəyyənləşməsi
  • Çubuğun səthinin keyfiyyətinin yoxlanılması
  • Çəkinin yoxlanılması
  • Məhsulun diametrinin əyirmə rejimində yoxlanılması
  • Etiketləmə, qablaşdırma, daşınma və saxlanmanın yoxlanılması

Minalanmış yumru mis naqillər

  • Xarici səthin görünüşünün və sarğı naqillərin keyfiyyətinin yoxlanması
  • Konstruksiya ölçülərinin yoxlanılması
  • İzolyasiyanın deşici gərginliyinin minimum qiymətinin təyini
  • Nisbi uzanmanın yoxlanılması
  • İlkin mərhələdə naqil izolyasiyasının elastiklik testi
  • Elastiklik testi
  • Keçiricinin elektrik müqavimətinin yoxlanılması
  • Çarxda olan məftil kəsiyinin çəkisinin yoxlanılması
  • Naqil izolyasiyasında zədələnmə nöqtələrinin yoxlanılması
  • Məftilin izolyasiyanın əzilməyə qarşı möhkəmliyinin sınaq edilməsi
  • Məftilin izolyasiyanın adgeziyasının yoxlanılması
  • Naqil izolyasiyasının istilik zərbələrinə qarşı test
  • Mexaniki güc üzərində naqil izolyasiya testi
  • Naqil izolyasiyanın üzvü həlledicilərə dözümlülük sınağı

Konstruksiya və mexaniki xassələr

  • Etiketləmə və qablaşdırılmanın yoxlanılması
  • Xarici görünüşün yoxlanılması
  • Konstruksiya uzunluğunun yoxlanılması
  • Struktur elementlərinin və vacib ölçülərin yoxlanılması
  • Örtüyün keçirici izolyasiyadan ayrılmasının yoxlanılması
  • Keçiricilərin ayrılma yoxlanışı
  • Keçiricilərin elektrik dözümlülüyünün müəyyənləşdirilməsi
  • Əyilmə dözümlülüyü sınağı
  • Qoruyucu örtüklərin konstruksiyasının yoxlanılması
  • İzolyasiyanın istilik deformasiyasının yoxlanılması
  • Eşilmələrin burulmasının yoxlanılması
  • Dönmə addımlarının çoxluğunun yoxlanılması
  • Kabelin qırılma möhkəmliyinin müəyyən edilməsi
  • Polivinilxlorid izolyasiya və qabığın yüksək temperaturda çatlamaya və deformasiyaya müqavimətinin yoxlanılması.
  • Polivinilxlorid izolyasiya və qabığın qırılma zamanı gərilmə davamlılığı və uzanmanın yoxlanılması
  • İzolyasiya və örtüyün fiziki-mexaniki xassələrinin müəyyənləşdirilməsi
  • Yanğının yayılmaması testi
  • İstismar zamanı maksimal temperatura müqavimət sınağı
  • Şunurun köhnəlmə müqavimətliliyinin müəyyənləşməsi
  • Soyuğa davamlılıq sınağı
  • İzolyasiya sıxlığının müəyyənləşdirilməsi

About Img
About Img
About Img
About Img
About Img
About Img
About Img
About Img
About Img
About Img
About Img
About Img