Az | En | Ru |

  • Nəsimi r-nu, Şamil Əzizbəyov 140, Avenue Plaza
  • +99450 282 2840

Məhsullarımız

Ana Səhifə Kabellər İstehsalat

İstehsalat.

Kabel Zavodu regionun texnologiyalar sahəsində ən böyük zavodlarından biridir. İstehsal prosesi Avropa istehsalı olan yüksək keyfiyyətli avadanlıqlar vasitəsilə həyata keçirilir. Zavodda yalnız dünyanın aparıcı təchizat şirkətlərinin istehsalı olan yüksək keyfiyyətli xammal və materiallardan istifadə olunur. Bu zavodda istehsal olunan məhsullar sınaq labaratoriyalarında ən son beynəlxalq standartlara cavab verən metodlarla yoxlanılır. Burada yerləşdirilmiş labaratoriya avadanlığı alçaq, yüksək və 500 kV-a qədər çox yüksək gərginlikli kabellərin yoxlanılması üçün istifadə olunur. İstehsal prosesində yalnız bu sahədə böyük təcrübəyə malik yüksək ixtisaslı mütəxəssislər iştirak edir. Müasir texnologiyalar ilə istehsal olunan kabel məhsulları həm yerli, həm də xarici bazarlarda rəqabətə davamlıdır. Hal-hazırda zavodda enerji tələbatı ilə əlaqədar 7,650 növdən artıq kabel və naqillər istehsal olunur. ГОСТ Р 53768-2010 əsasən nominal gərginliyi 450/750 V-a qədər olan elektrik qurğuları üçün naqil və kabellər. ГОСТ Р 53769-2010-a uyğun nominal əməliyyat gərginliyi 0,66 ÷ 3 kV olan plastik izolyasiyalı güc kabelləri. Güc və nəzarət kabelləri aşağı tüstü və qaz emissiyası ilə yanğın və alova dayanıqlıdır. (ВВГнг-FRLS, КВВГнг-FRLS və s.) Halogensiz polimer örtüklü və izolyasiyalı güc və nəzarət kabelləri, yanğın və alova dayanıqlıdır.(ППГнг(А)-FRHF,КППГнг(А)-FRHF, ПвПГнг(А)-FRHF и т.д.) Güc və nəzarət kabelləri aşağı tüstü və qaz emissiyası ilə yanğın və alova dayanıqlıdır. (ВВГнг-FRLS, КВВГнг-FRLS etc.) Halogensiz polimer örtüklü və izolyasiyalı güc və nəzarət kabelləri, yanğın və alova dayanıqlıdır. (ППГнг-HF, КППГнг-HF, ПвПГнг-HF etc.) ГОСТ 839-80 (А, АС, АСК, АСКС и М)-a uyğun izolyasiyasız yerüstü güc xətləri. İzolyasiyasız elastik naqil növü МГ ГОСТ Р 52373-2005-ə uyğun СИП növlü yerüstü elektrik xətləri üçün öz yükünü daşıyan və izolyasiyalı naqil Orta gərginlikli (6 ÷ 35 kV) XLPE izolyasiyalı Güc Kabelləri Yüksək gərginlikli (110 kV) izolyasiyalı Güc Kabelləri NYM növ 0.66 kV gərginlikli PVC izolyasiyalı güc kabelləri Nəzarət kabelləri (КВВГ, КВВГЭ, КВБбШв etc.) Alçaq gərginlikli 0,6 / 1,0 kV güc və nəzarət kabelləri (NYY, NYCY, NYBY və s.) ГОСТ 6323-79-ə uyğun quraşdırma naqilləri ГОСТ 7399-97-ə uyğun 450/750-ə qədər əməliyyat gərginlikli naqil və şunurlar (ПВС, ШВВП, ШВП etc.) Rezin izolyasiyalı kabellər Alüminium kabel (ГОСТ 13843-78) Mis çubuq (ГОСТ Р 53803-2010) Örtük izolyasiyalı naqil (ПЭТ-155, ПЭТД etc.) Sualtı mühərriklər üçün sarma naqillər (ПВДП) Sualtı mühərriklər üçün izolyasiya naqilləri (ВПВ, ВПП etc.) 380V qədər gərginliklər üçün Koaksial kabellər (АВК, АПВК və s.) RF kabellər Bütün bu kabel və naqillərin müxtəlif növləri var- qeyri alışqan, yanğına dayanıqlı, aşağı tüstü və qaz emissiyalı, halogensiz və.s Alüminium və mis çubuqların istehsalı zavodu kabel zavodunun bir hissəsi kimi fəaliyyət göstərir. Zavodun illik gücü 30,000 ton alüminium və 40,000 ton mis çubuqdur. Yerüstü elektrik xətləri üçün 1250 mm2-a qədər müxtəlif göstəricili naqil hazırlayan zavod 2012-ci ildə istismara verilib. Bu zavodda 91- unikal naqil bükmə avadanlığı quraşdırılıb. Bu MDB ölkələrində analoqu olmayan 1,3 ÷ 4,5 mm ölçülərdə iki-yönlü çəkmə maşınıdır. Bu zavodun gücü gün ərzində yerüstü xətlər üçün 80 ton naqildir. Hal-hazırda, yüksək və çox yüksək gərginlikli (35 ÷ 500 kW) güc kabelləri istehsalı üçün yalnız Azərbaycanda yox, həm də MDB ölkələrində və yaxın xaricdə analoqu olmayan 125 metr hündürlükdə iki şaquli xətlər inşa edilir və tezliklə istismara veriləcək. Həmçinin, telefon avadanlıqları, koaksial və fiber-optik LAN kabellərin istehsalı üçün avadanlıqların quraşdırılması prosesi yaxın gələcəkdə başa çatacaq. Bizim əməkdaşlar Əlbəttə, bizim təcrübəli mütəxəssislərimiz var, hansı ki başqa kompaniyalarda bu sahədə çalışıblar və kabel və naqil məhsulların istehsalında kifayət qədər təcrübələri var. Həmçinin, biz kabel istehsalı sahəsində gənc mütəxəssislərin hazırlanması üçün çalışırıq. Bu gün zavodda istehsal prosesində çoxlu gənc mütəxəssislər iştirak edir. İşçilərin orta yaşı 30 ili keçmir və onların 70%-i ali təhsillidir. Əsas kadrlar kabel texnologiyaları və istehsalı vacib tədris sahəsi olan Azərbaycan Texniki Universitetinin məzunlarıdır. Qeyd edək ki, Sumqayıt Texnologiyalar Parkının, xüsusilə də bizim zavodun yaranması geniş iş imkanları yaradır ki, bunun da ətraf ərazilərin inkişafında müsbət təsiri var. Kadrları cəlb etmək üçün görülən bütün tədbirlər Azərbaycan hökumətinin ümumi sosial-iqtisadi siyasəti ilə tam uyğundur. İşçilərin yeni texnologiyalarda təlim keçməsi və işləməsi üçün əlverişli şərait yaradılmışdır. Onların işə gəlməsi və qayıtması üçün rahat avtobuslar ayrılıb. İşçilər qoruyucu geyim vasitələri ilə tam təmin olunur və parkın yeməkxanasında qidalanırlar. Bununla yanaşı kompaniyada biliklərini artırmaq istəyən və yeni biliklər əldə etmək istəyənləri dəstəkləyən proqram var

About Img
About Img
About Img
About Img
About Img
About Img
About Img
About Img
About Img
About Img
About Img
About Img
About Img